Yadigar Muradov Milli Onkologiya Mərkəzinə köçürüldü

“Atam Milli Onkologiya Mərkəzinə köçürülüb, boğazındakı şişlər beyinə gedən damarı sıxdığına görə qan beyinə laxta formasında gedir. Beyninə qan sızıb. Sağa-sola baxır, bədəni hərəkətsizdir, üz mimikası da yoxdur”.

Bunu Gununsesi.info-ya açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

Yadigar Muradovun oğlu: Atamın vəziyyəti ağırdır, təkcə ürəyi işləyir

O bildirib ki, Yadigar Muradovun vəziyyəti ağırdır:

“Bu vəziyyətdə də həkimlər əməliyyat edə bilmirlər. Təkcə ürəyi işləyir, başqa heç nə”

 

Gununsesi.info