Yalnız bu şəxslər Aİ ölkələrinə gedə biləcək

  • By admin
  • 26 Aprel 2021 11:56

Avropa İttifaqı ölkələri turistləri bir şərtlə qəbul edəcək: Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş peyvəndlərlə vaksinasiya olunmaqla.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula von der Leyen “New York Times”a verdiyi müsahibəsində söyləyib.

“Bütün 27 Aİ ölkəsi Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənmiş dərmanlarla peyvəndlənənləri qeyd-şərtsiz qəbul edəcək”, – Leyen bildirib.

Onun sözlərinə görə, səyahətlərin yenidən başlanmasının vaxtı epidemioloji vəziyyətdən asılıdır. Digər peyvəndlərlə vaksinasiya olunan turistlərin Aİ ölkələrinə buraxılıb-buraxılmayacağı qaranlıq olaraq qalır.

Bu günə qədər Avropa İttifaqı tərəfindən koronavirusa qarşı dörd peyvənd təsdiqlənib: “Pfizer/BioNTech”, “Moderna”, “AstraZeneca” və “Johnson & Johnson”.

Gununsesi.info