Yeniyetmə qızı məktəbdən qaçıran kişi saxlanıldı

  • By Günel
  • 14 Mart 2025 22:21

Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib.

Bu barədə Gununsesi.info -ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B.-nin yeri müəyyən edilərək ailəsinə qaytarılıb.

Məlumata görə, 31 yaşlı O.Hüseynzadə adlı şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info