
Yevlax rayonunda ağır yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 304-cü kilometrliyində, Aran qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-21011” markalı minik avtomobili “Ford” markalı kiçik tutumlu yük avtomobili ilə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 1963-cü il təvəllüdlü Hidayət Bəsər oğlu Camalov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır .
Gununsesi.info