“Youtube” bu il Rusiyaya aid 83 kanalı bloklayıb 

  • By admin
  • 10 İyul 2024 17:09

 

 

 

Bu ilin əvvəlindən “Youtube” videohostinqi Rusiyanın dövlət mediası və ictimai xadimlərinin 83 kanalını bloklayıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Roskomnadzor”un mətbuat xidmətindən TASS-a verilən məlumatda qeyd olunur.

 

“Videohostinq tərəfindən bloklanan yerli resursların sayı bu il artıb. Beləliklə, 2024-cü ilin əvvəlindən bu xidmət Rusiyanın 83 internet səhifəsinə, 2023-cü ildə 27 internet səhifəsinə, 2022-ci ildə isə 63 internet səhifəsinə girişi məhdudlaşdırıb”, -deyə məlumatda qeyd olunur.

 

“Roskomnadzor” qeyd edib ki, yutub hələ də Rusiyaya aid 61,3 mindən çox qadağan olunmuş materialı silməyib.

 

Ceyhun

Gununsesi.info