Zərdabda yol qəzası olub

  • Müəllif: Admin08
  • 26 Oktyabr 2025 14:40

Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün gündüz saatlarında Zərdab- Ağcabədi avtomobil yolunda baş verib.

“VAZ 21099” markalı minik maşını ilə “Range Rover” markalı maşın toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü Azər Abdullazadə həyatını itirib.

Rayon polis şöbəsinin əməkdaşları araşdırma aparır.

Gununsesi.info