Azərbaycanın yeniyetmə sablyaçıları Gürcüstanda 4 medal qazanıblar

  • Müəllif: Admin08
  • 26 Oktyabr 2025 14:45

Azərbaycanın yeniyetmə sablyaçıları Gürcüstanın Tbilisi şəhərində keçirilən “European CC Tbilisi-2025” beynəlxalq turnirində 4 medal qazanıblar.

Gununsesi.info Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.

Züleyxa Sultanlı, Ayan Ağasıyeva və Cahan Sadxovadan ibarət komanda birinci yeri tutub. İdmançılar finalda Gürcüstan yığmasına 45:37 hesabı ilə qalib gəlib.

Qız sablyaçıların şəxsi yarışında Züleyxa Sultanlı ikinci, Ayan Ağasıyeva isə üçüncü olub.

Yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında isə Abbas Hüseynov gümüş medal qazanıb.

 

Gununsesi.info