Zelenski: “Şəhərlərimizə baxın, ürək dağlayır”

  • By admin
  • 27 Mart 2022 09:46

“Sizə bildiyiniz kimi müraciət edəcəm. Əssəlamu aleykum. Bu sözlər sülh mənasını verən əsas dəyərlərdir və indi Ukraynada bunlar yoxdur”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı deyib.

“Rusiya Ukraynanı işğal edib müstəmləkəsi altına almağa qərar verdi. Gəlib özlərinin olmayanı aldılar, köhnə imperiyalardakı kimi. Rusiya Ukraynadan 28 dəfə böyükdür və dünyanın ən böyük ölkələrindən biridir. Amma bu, onlar üçün kifayət deyil. Rusiya administrasiyası bizim torpağımızı almaq və insanlarımızı fəhlə kimi istifadə etmək istəyir. Amma 31 gündür ki, Ukrayna özündən 28 dəfə böyük olan ölkəyə qarşı müqavimət göstərir.

Şəhərlərimizə baxın, xüsusilə dağıntı və ağrı ilə dolu olan Mariupol şəhəri ürəkləri dağlayır. Ukrayna müxtəlif millətlərə və dinlərə ev sahibliyi edən bir ölkədir. Ukraynada bir milyondan çox müsəlman yaşayır və Rusiya raketləri bütün xalqımızı təhdid edir. Təkcə Mariupol şəhərində 4 000 müsəlman var idi. Mariupol məscidlərində 3 həftədir ki, aralarında uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 80-ə yaxın insan var”,- Zelenski çıxışında bildirib.

Gununsesi.info