Zelenski Şarl Mişellə DANIŞDI

  • By admin
  • 24 Fevral 2022 10:10

Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Aİ Şurasının başçısı tviter hesabında məlumat paylaşıb.

“Prezident Zelenski ilə Rusiyanın Ukraynaya qarşı əsassız irimiqyaslı hərbi təcavüzünü ən kəskin şəkildə pisləmək və Ukrayna ilə güclü həmrəyliyimizi ifadə etmək üçün danışdım”, – Şarl Mişel qeyd edib.

Gununsesi.info