Ərəstun Oruclu: “İranla münasibətlər çox gərgindir” - HAZIRDA BU ÖLKƏNİN CASUS ŞƏBƏKƏSİNİ İFŞA EDİRİK

  • By admin
  • 13 Mart 2023 16:41

İranın hərbi təyyarələrinin Azərbaycan sərhədini pozması, XİN-nin bu ölkəyə sərt notası son zamanlar yaşanan gərginliyi bir az da artırıb.

Azərbaycanın hüquq-mühafizə orqanları İranın ölkəmizdəki mümkün təxribatlarının qarşısını almaq üçün xüsusi əməliyyatlara başlayıb.

Həmin əməliyyatlarda İrana bağlı olduğu iddia olunan çoxsaylı şəxslər həbs edilib.

Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Gununsesi.info-ya açıqlamasında iki ölkə arasındakı münasibətlərin gərgin olduğunu etiraf edib: “Azərbaycanla İran arasında belə sərhəd insidentləri olub. Təkcə hava sərhədində deyil, dəniz sərhədində də olub. Bütün bunlara müxtəlif formalarda o vaxt da ciddi reaksiya olmuşdu. İndi reaksiyanın nota şəklində ifadə olunması Azərbaycan-İran münasibətlərinin hazırkı durumu ilə bağlıdır. Münasibətlər kifayət qədər gərgindir. İran tərəfdən müxtəlif təxribatlar həyata keçirilir, Azərbaycan tərəfdən isə “İran casusu” adı altında dindarların kütləvi həbsi həyata keçirilir. Bu, hələlik, diplomatik qarşılıqlı bir sərt jestlərdir. Amma şübhəsiz ki, ikitərəfli münasibətlərin daha da gərginləşməsinə doğru atılan bir addımlardır”.

 

Elmar Elnuroğlu

Gununsesi.info