Ərəstun Oruclu: “Müharibə heç bitməmişdi ki, yenidən başlasın” - Rusiyanın münaqişəyə qatılması variantı test olunur

  • By admin
  • 16 Noyabr 2021 20:40

Müharibə heç bitməmişdi ki, yenidən başlasın. Davam edir, özü də düz 200 ildir davam edir.
Növbəti dəfə atəşkəs pozulub və bu dəfə də onu pozan Ermənistandır”.

Bunu Gununsesi.info-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Ermənistanın sərhəddə törətdiyi təxribatı şərh edərkən söyləyib.

Onun sözlərinə görə, 44-günlük müharibə nəticəsində öz geosiyasi məqsədlərinə nail ola bilməyən Rusiyanın münaqişəyə qatılması variantı test olunur:

“Bu, Rusiyanın özü tərəfindən edilir. Məqsəd isə bölgədəki bütün kommunikasiyalara nəzarəti ələ keçirməkdir. Odur ki, son günlər baş verənlər daha böyük qarşıdurma üçün hazırlıq mərhələsidir.  Keçən ilin iyulunda Tovuzda olduğu kimi”.

Gülnar

Gununsesi.info