Nazir Qarabağ Universitetində yeni ikili diplom proqramı barədə paylaşım etdi

Elm və Təhsil Nazirliyi Qarabağ Universitetində ikili diplom proqramına başlanılması ilə bağlı paylaşım edib. 

Gununsesi.info xəbər verir ki, o bildirib ki, Qarabağ Universitetində İstanbul Texniki Universiteti ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start verilir:

“Ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması istiqamətində növbəti mühüm addım olan bu proqram tələbələrə dünya səviyyəli təhsil, beynəlxalq akademik mühit və müasir mühəndislik bacarıqları qazandıracaq. Proqramı uğurla başa vuran məzunlar hər iki universitetin diplomunu əldə edəcəklər.

İnanıram ki, bu əməkdaşlıq Qarabağ Universitetinin beynəlxalq nüfuzunun daha da güclənməsinə və ölkəmizdə yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasına mühüm töhfə verəcək”.

 

Şəbnəm

Gununsesi.info