20-ci əsrin 11 ən böyük azərbaycanlısı

Heydər Əliyev Sovet və Azərbaycan dövlət partiyasının ən mükəmməl siyasi xadimlərindən biri olub. 1993-2003-cü illərdə Azərbaycan prezidenti vəzifəsində çalışmışdır. İki dəfə Sosialist Əmək Qəhrəmanı ordeni ilə mükafatlandırılıb. Müasir Azərbaycan dövlətçiliyinin banisi kimi Azərbaycan tarixinə düşüb.

Məmməd Əmin Rəsulzadə – Görkəmli yazıçı, siyasi və ictimai xadim olub. Azərbaycan Respublikasının qurucusu olub.

Hacı Zeynalabdin Tağıyev azərbaycanlı milyonçu və xeyriyyəçi, əsl dövlət müşaviridir. Tarixçilərin və bioqrafların bəzi əsərlərində o, əsasən “böyük xeyirxah” kimi xatırlanır. O, bütün dünyada xeyriyyə işlərinə ianə edib.

Rəşid Behbudov — Sovet Azərbaycanın estrada və opera müğənnisi (lirik tenor) və aktyor kimi böyük bir iz qoyub. Tiflisdə (indiki Tbilisi, Gürcüstan) Şuşalı məşhur xalq xanəndəsi-xanəndəsinin ailəsində anadan olub. SSRİ xalq artisti adını alıb. Sosialist Əməyi Qəhrəmanı ordeni ilə mükafatlanıb.

Lütfi Zadə azərbaycanlı riyaziyyatçı və məntiqçi, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin (Berkli) professorudur. 1921-ci il fevralın 4-də Azərbaycanın Novxanı kəndində anadan olub. Onun nisbi nəzəriyyəsindən Yaponiyanın Toyota şirkətləri faydalanıb.

Müslüm Maqomayev — sovet, Azərbaycan və rus opera və estrada müğənnisi (bariton), bəstəkarı kimi milyonlarla insanın yadında qalıb. SSRİ və Azərbaycanın xalq artisti olub. Bakıda anadan olub. Azərbaycan bəstəkarı, Azərbaycan klassik musiqisinin banilərindən biri, adı Azərbaycan Dövlət Filarmoniyası olan Əbdül-Müslim Maqomayevin nəvəsi olub. Həmçini Müslüm Maqomayev Heydər Əliyevlə yaxın dost olub.

Mustafa Topçubaşov — sovet cərrahı, SSRİ Tibb Elmləri Akademiyasının akademiki, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olub. Dünya cərrahiyyəsində hələ də istifadə olunan 160-dan çox elmi məqalənin müəllifidir. O, sağlığında dörd Lenin ordeni ilə təltif edilib.

Həzi Aslanov – Sovet hərbi rəhbəri, qvardiya general-mayoru olub. iki dəfə Sovet İttifaqı Qəhrəmanı ordeni ilə təltib edilib. MDB ölkələrində küçələr, məktəblər, ali təhsil ocaqları onun şərəfinə adlandırılıb.

Kərim Kərimov – Sovet kosmik proqramının yaradıcılarından biri olub, kosmosun tədqiqinə mühüm töhfələr vermişdi. O, uzun illər sovet kosmonavtikasının mərkəzi siması olub. Lakin mühüm roluna baxmayaraq, onun şəxsiyyəti karyerasının çox hissəsi üçün ictimaiyyətdən gizli saxlanılırdı. Sosialist Əməyi Qəhrəmanı, Stalin, Lenin və SSRİ Dövlət mükafatları laureatı.

Bülbül – xalq və opera müğənnisi (tenor), Azərbaycan milli musiqili teatrının yaradıcılarından biri olub, SSRİ xalq artisti adına layiq görülüb.

Qara Qarayev – bəstəkar və pedaqoq fəaliyyətilə məşğul olub, SSRİ xalq artisti, Stalin mükafatları laureatı, Lenin, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı ordenlərinin sahibi olub. Müharibədən sonrakı dövr Azərbaycan mədəniyyətinin ən böyük simalarından biri olub. Onun kompozisiya əsərlərindən Qara Qarayev metrosunda istifadə edilir.

 

Adil Elxanoğlu

Gununsesi.info