“20 Yanvar” istiqamətində avtomobil alışdı - Sıxlıq yarandı

  • Müəllif: Firuzə
  • 13 Yanvar 2026 22:14

Yasamal rayonu, “Tbilisi” prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin birində yanğın hadisəsi baş verib.

Bu barədə Gununsesi.info -ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Hadisə səbəbindən “20 Yanvar” metrostansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.