“Qalatasaray” 3 legioneri ilə vidalaşır

  • By admin
  • 23 Sentyabr 2020 19:26

Türkiyənin “Qalatasaray” klubu 3 futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Gununsesi.info “NTV Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı müdafiəçi Markao, niderlandlı hücumçu Rayan Babel və mərakeşli yarımmüdafiəçi Yunes Belhanda ilə vidalaşır.

Cənubi amerikalı oyunçu ilə İtaliyanın “Roma” komandası yaxından maraqlanır. Digər legionerlərin də Avropa klublarından təklifləri var.

Qeyd edək ki, “Qalatasaray” yay transfer pəncərəsində Arda Turan, Emre Kılınç, Fatih Öztürk, Omar Elabdulayi, Oqenekaro Etebo və Oğulcan Çağlayanı heyətinə qatıb.

 

 

Gununsesi.info