6 yeniyetmə qızı fahişəliyə cəlb etdi

Bakıda yeniyetmə qızları fahişəliyə cəlb edən qadın saxlanılıb.

Gununsesi.info-nun məlumatına görə, polis tərəfindən saxlanılan Səidə Məmmədovanın (şərti) 18 yaşı tamam olmayan altı nəfər qızı fahişəliyə cəlb etdiyi məlum olub.

Qadın barəsində Cinayət Məcəlləsinin 171.1-ci maddəsi (Yetkinlik yaşına çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) ilə cinayət işi başlanıb. Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

İşin istintaqı tamamlanıb. Hazırda işə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılır.

Gununsesi.info