Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi intihar edib

Rusiya Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsi üzrə maliyyə təminatı idarəsinin rəisi Marina Yankina Sankt-Peterburqda ölü tapılıb.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, Yankinanın cəsədi fevralın 15-i səhər saatlarında 16 mərtəbəli binanın qarşısında aşkar olunub.

58 yaşlı məmurun sözügedən binada yaşadığı bildirilir.

Müstəntiqlər binanın 16-cı mərtəbəsinin ümumi eyvanında sənədlər, eləcə də Yankinanın şəxsi əşyalarını tapıblar.

İlkin versiyaya görə, rusiyalı məmur intihar edib. Ölkənin İstintaq Komitəsi hadisə ilə bağlı hələ ki rəsmi açıqlama verməyib.

Gununsesi.info