74 yaşlı qadın su quyusuna düşərək öldü

  • Müəllif: Firuzə
  • 17 Noyabr 2025 10:10

Ağstafada bədbəxt hadisə baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Yenigün kəndində qeydə alınıb. Kənd sakini 74 yaşlı G. Qəhrəmanova yaşadığı evin həyətində su quyusuna düşərək ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info