800 amerikalı xüsusi təyinatlı Rusiya sərhədinə endi

  • By admin
  • 09 May 2021 08:46

800 amerikalı paraşütçü Rusiya sərhədlərinə yaxın eniş edib.

“Swift Response” təlimləri çərçivəsində təxminən 800 amerikalı paraşütçü Estoniyadakı Rusiya sərhədi yaxınlığına enib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Delfi” agentliyi yazıb.

Təlim çərçivəsində ABŞ Ordusunun 82-ci hava-desant diviziyasının xüsusi təyinatlıları Estoniya üzərində təyyarələrdən atlayıblar.

ABŞ Quru Qoşunlarının Avropadakı komandanlığı manevrlərdə Britaniya Ordusunun 16-cı Hava Təhlükəsizliyi Briqadasının əsgərlərinin də iştirak etdiyini bildirib.

Təlimlər həqiqi döyüş vəziyyətinə yaxın şəraitdə aparılıb.

 

Gununsesi.info