“Neftçi”dən darmadağın, “Sumqayıt”dan qələbə

  • By admin
  • 08 May 2021 22:32

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.

Gununsesi.info  xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. “Keşlə” “Sumqayıt”ı qəbul edib və 0:1 hesabı ilə uduzub. Günün son görüşündə “Neftçi” “Səbail”in qonağı olub və rəqibini darmadağın edib – 4:0

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

8 may

20:15: “Səbail” – “Neftçi” – 0:4
Qollar: Voyislav Stankoviç, 13, Yusuf Laval, 62, Keysuke Honda, 72, Namik Ələskərov, 79
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, İnqilab Məmmədov
“ASCO Arena”

18:00. “Keşlə” – “Sumqayıt” – 0:1
Qol: Rəhim Sadıxov, 78-pen
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
“ASK Arena”

9 may (bazar)

18:00. “Zirə” –“Qəbələ”
Zirə İdman Kompleksinin stadionu

20:15. “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”.

Gununsesi.info