Şair Əlisəmid Kür Respublika Diaqnostika Mərkəzindən Respublika Klinik xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya şairin ailə üzvləri məlumat verib.
Bildirilib ki, hazırda onun vəziyyəti ağırdır.
Qeyd edək ki, sentyabrın 15-i Əlisəmid Kür səhhətində yaranan problemlərə görə Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.












