Lənkəranda həyətləri sel basdı

  • Müəllif: Firuzə
  • 27 Sentyabr 2025 14:12

Lənkərana yağan intensiv yağışlar şəhər ərazisində bir sıra çətinliklər yaradıb.

Gununsesi.info xəbər verir ki, intensiv yağışlar nəticəsində sel suları həyətlərə dolub, nəqliyyatın hərəkətində problem yaranıb.

Su basan ərazilərə FHN-in əməkdaşları cəlb olunub. Həyətlərdə yığılan yağış sularının çəkilməsi istiqamətində işlər davam etdirilir.

Lənkəranda leysan xarakterli yağış davam edir.

 

Gununsesi.info