“Orta məktəblərdə pul yığılması halları var. Bütün hallarla bağlı araşdırmalar aparılıb və müvafiq tədbirlər görülüb”.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Bizim yanaşmamız ondan ibarətdir ki, bu məsələ həm medianın, həm də ictimaiyyətin diqqətində olmalıdır”, – nazir bildirib.
O əlavə edib ki, Azərbaycanda 4 400 məktəb, 1 600 bağça fəaliyyət göstərir.












