Azərbaycan Basketbol Liqasında IV turun daha bir oyunu keçirilib

  • Müəllif: Admin08
  • 24 Oktyabr 2025 21:27

Azərbaycan Basketbol Liqasında IV turun daha bir oyunu keçirilib.

Gununsesi.info xəbər verir ki, B qrupunda yer alan komandalardan “Sumqayıt” “Ordu”nun qonağı olub.

Qarşılaşma “Ordu”nun 116:81 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, ötən gün A qrupunun oyununda “Sabah” “Gəncə”ni məğlub edib – 87:68. Bu gün B qrupunun digər matçında isə “Lənkəran” “Quba”nı 102:87 hesabı ilə üstələyib.

Gununsesi.info