Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi günü bildirib ki, HƏMAS Qəzza atəşkəsinə sadiq qalmaqda “qərarlıdır”.
O, müsəlman ölkələrinin Fələstin ərazisinin yenidən qurulmasında aparıcı rol oynamasının vacib olduğunu vurğulayıb.
Ərdoğan illik COMCEC iqtisadi əməkdaşlıq sammiti üçün İstanbulda toplaşan İslam Dövlətləri Təşkilatının (İDT) nümayəndələrinə açıqlamasında deyib: “Görünür, HƏMAS razılaşmaya sadiq qalmaqda qətiyyətlidir”.
Onun sözləri, Türkiyənin 10 oktyabr atəşkəs rejiminin pozulması ilə bağlı narahatlıqları artdığı bir vaxtda səslənib. Türkiyə Qəzzanın yenidən qurulması ilə bağlı danışıqlar üçün Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, İordaniya, Pakistan və İndoneziyanın xarici işlər nazirlərini qəbul etməyə hazırlaşır.
Ərdoğan əlavə edib: “Bu mərhələdə Qəzza xalqına daha çox humanitar yardım çatdırmalı və sonra yenidənqurma işlərinə başlamalıyıq. İsrail hökuməti bunun qarşısını almaq üçün əlindən gələni edir”.
Prezident vurğulayıb ki, “İƏT və Ərəb Liqası tərəfindən hazırlanmış yenidənqurma planı dərhal həyata keçirilməli və təşkilatların Qəzzanın bərpasında aparıcı rol oynaması vacibdir”.
Günay











