“ABŞ İsraili dəstəkləməyə və Yaxın Şərq məsələlərinə müdaxilə etməyə davam etdiyi müddətdə bu ölkə ilə əməkdaşlıq mümkün deyil”.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Əli Xamenei 1979-cu ildə Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümünə həsr olunmuş tələbələrlə görüşündə danışıb.
Xameneinin sözlərinə görə, Tehran və Vaşinqton arasındakı bütün ziddiyyətlərin “Amerikaya ölüm!” şüarında gizləndiyini düşünmək sadəlövhlükdür:
“İran İslam Respublikası və Birləşmiş Ştatlar arasındakı ziddiyyətlər – iki cərəyanın maraqlarının toqquşması və fundamental ziddiyyətlərdir”.












