Ukraynanın Xarkov bölgəsində Rusiya raket hücumu nəticəsində azı üç nəfər həlak olub, on nəfər isə, o cümlədən uşaqlar, yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, şəhər hərbi administrasiyasının rəhbəri Vitali Karabanovun məlumatına görə, gecə saatlarında Balakliyanın mərkəzinə iki raket zərbəsi endirilib. Yaralılardan doqquzu xəstəxanaya yerləşdirilib və xəsarət alanlarla bağlı məlumatlar artmaqda davam edir.
Xarkov vilayətinin qubernatoru Oleq Sinegubov yaralılar arasında 14 və 12 yaşlı uşaqların da olduğunu bildirib.
Rusiya 2022-ci ilin fevralından bəri Ukraynaya mütəmadi olaraq raket və dron hücumları həyata keçirir. Bir neçə gün əvvəl Kiyevdəki yaşayış binalarına edilən zərbə nəticəsində yeddi nəfər həyatını itirmişdi. Qış yaxınlaşdıqca Moskva enerji infrastrukturunu da daha intensiv hədəfə alır. Eyni zamanda, Rusiya ordusu cəbhənin cənub istiqamətində irəliləyərək daha iki kəndi nəzarətə götürüb.
Günay











