Bakıda 31 yaşlı qadın dəm qazından öldü

  • Müəllif: Firuzə
  • 17 Dekabr 2025 11:50

Bakıda daha bir nəfər dəm qazının qurbanı olub.

Gununsesi.info  xəbər verir ki, hadisə dekabrın 16-sı saat 06 radələrində Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Rəşidə Abdullayeva yaşadığı evdə dəm qazından zəhərlənib.

Onun meyiti yaxınları tərəfindən hamam otağında aşkar edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info