İranda baş verən hadisələrin məcrası hər gün böyüyür.
Belə ki, burada digər bir məsələdə kürdlər üzərindən gedən proseslərdir.
Belə demək olarsa, etirazlardan istifadə edən İran kürdləri həm siyasi, həm sosial, həm də hərbi baxımdan aktivləşiblər.
Bu barədə Gununsesi.info-ya politoloq Turan Rzayev danışıb.
O bildirib ki, İran hökumətinə müxalif olan 7 kürd təşkilatı birgə bəyanat yayaraq ölkədə keçirilən etiraz aksiyalarına dəstək veriblər.
Bu təşkilatlar, həmçinin yanvarın 8-də Kürdüstan əyaləti və kürdlərin yaşadığı digər bölgələrdə ümumi tətil aksiyasına çağırış ediblər.
Bütün bunlar isə İran kürdlərinin bölgədə aktivləşdiyini göstərir.
mövqedədirlər.
O cümlədən sözügedən proses regionda Kürd dövlətinin yaranması məsələsini gündəmə gətirir.
Maqsud










