Ağdamda əri tərəfindən xəsarət yetirilən qadının son durumu

Ağdam rayonunun Mahrızlı kəndində ailə münaqişəsi zamanı xəsarət alan qadının vəziyyəti açıqlanıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Bizim.Media-ya Ağdam Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, 31.01.2026-cı il tarixində saat 10:00 radələrində 1 nəfər (qadın) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1975-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, başın və bədənin müxtəlif nahiyələrinin çapılmış, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

 

Gununsesi.info