Atamın əmisi – Kamalov Bahadur…
Ömrünü xalqına, kəndinə, dövlətinə xidmətə həsr etmiş bir insan. Uzun illər kənd icra nümayəndəliyində müxtəlif vəzifələrdə çalışaraq insanların dərdinə şərik olmuş, haqqın tərəfində dayanmışdı.
O, təkcə bir vəzifə sahibi deyildi – kəndin dayağı, sözünə güvənilən ağsaqqalı idi. 33 il əvvəl Vətən yolunda itkin düşdü. İllərlə ümidlə gözlədik…
Və nəhayət, nəşi Murovdağ silsiləsi bağrından tapıldı. Bu 33 il bir ailənin qəlbində bitməyən həsrət, bir ocağın sönməyən çırağı oldu. Amma zaman onun adını köhnəldə bilmədi. O, torpaq üçün yaşadı, torpağa əmanət oldu.
Bu gün Vətən öz oğlunu geri qaytardı.
Bir elin ağsaqqalı, sözü ilə yol göstərən, varlığı ilə kəndə arxa-dayaq olan Kamalov Bahadur artıq evdən yox, eldən gedən bir dəyər oldu. O, bir ocağın deyil, bir elin çırağı idi. Gedəndə bir ev susmadı – bir el kövrəldi. Sözü düz, yolu haqq olan insanın yoxluğu ağır olar. Amma belə insanlar ölmür — adları hörmətlə çəkildikcə yaşayırlar. Ruhun şad olsun əmi. Məkanın cənnət, yerin daim uca olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Elçin Məhəmmədov
Kəlbəcər rayon Zar Kənd sakini












