Məlum məsələdir ki, artıq az qala hər kəs sosial dünyada mövcuddur.
Bu isə özü ilə bağlı bir sıra suallar da yaranır.
Daha dəqiq, sosial şəbəkə bumu hüquqa da təsir edir.
Məsələn, tez-tez müşahidə edirik ki, bəzən dünyasını dəyişən insanın profili təq edilərək yazılar yazılır.
Obrazlı desək, bir növ “virtual məzarlıq” effekti yaranır.
Məsələn, o da maraqlıdır, sosial şəbəkədə vəfat edən şəxsin hesabı kimə məxsusdur?
Çünki ailə üzvləri hesabı silmək və ya idarə etmək istəyərkən platformalar müxtəlif məhdudiyyətlər qoyur.
Bu barədəGununsesi.info-ya hüquqşünas Şamil Paşayev deyir ki, sözügedən məsələ rəqəmsal miras hüququ ilə bağlıdır.
Hüquqşünas bildirir ki, əgər istifadəçi həyatda olarkən hesabının taleyi ilə bağlı göstəriş verməyibsə, bu zaman hüquqi boşluq yaranır. Bir çox ölkələrdə artıq rəqəmsal aktivlər miras predmetinə daxil edilir, lakin bu sahə hələ də tam tənzimlənməyib.
Orxan











