Elşən Xəzərdən qızı ilə bağlı xəbərə reaksiya

  • Müəllif: Firuzə
  • 30 Aprel 2026 22:52

Məşhur meyxanaçı Elşən Xəzər qızının “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın məhkəməsində ifadə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qafqazinfo.az-a danışan meyxanaçı qeyd edib ki, yayılan xəbərlər tamamilə yalandır.

“Mənim və övladımın adından yayılan xəbər yalandır. Həmin məhkəməyə bizim heç bir aidiyyətimiz yoxdu. Biz o insanların heç birini tanımırıq”, – deyə o əlavə edib.

Gununsesi.info