75 yaşlı kişi avtobusda öldü

  • By Admin2
  • 02 İyun 2026 13:33

Sumqayıt şəhərində marşrut avtobusunda ölüm hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, dünən saat 11 radələrində Hacı Zeynalabdin qəsəbəsində “İsuzu” markalı 10 “V” saylı xətt avtobusunda Abşeron rayon sakini 1951-ci il təvəllüdlü Əlişir Əşir oğlu Əliyevin halı qəfil pisləşib. O, oradaca vəfat edib.

Sərnişinin infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info