Bir müddət əvvəl haqqın.az portalını satan tanınmış jurnalist Eynulla Fətullayev təfərrüatları açıqlayıb.
Gununsesi.info–nun xəbərinə görə, həyatımın 32 ilini Azərbaycanın müstəqil mətbuatına həsr etdiyini deyən Fətullayev fəaliyyəti dövründə ölkənin ən oxunaqlı və kütləvi nəşrlərinə rəhbərlik etdiyini xatırladıb.
O, daha sonra bildirib ki, rəhbərlik etdiyi media quruluşundakı tam payını iş adamı və politoloq İsmayılov Adəmə notariat qaydada satıb:
“Mən nə “Caliber” adlı sayt eşitmişəm, nə də Timur adlı şəxsin üzünü görmüşəm.
Gələcək planlarıma gəldikdə isə, hələlik biznes fəaliyyətilə məşğul olmaq istəyirəm”.
Onu da qeyd edək ki, Eynulla Fətullayevin haqqın.az saytını satması barədə ilk xəbəri Gununsesi.info yayıb.
Firuzə Mahmudova
Gununsesi.info











