Dünya çempionatı ilə bağlı müzakirələrin davam etdiyi günlərdə yazıçı Şərif Ağayar futbola münasibəti ilə diqqət çəkən paylaşım edib.
Gununsesi.info-nun xəbərinə görə, yazıçı bildirib ki, dünya çempionatına maraq göstərmir və bu mövqeyini satirik ifadələrlə izah edib:
“Kimsəsiz bir adaya düşəm, bircə monitor ola, orada da dünya çempionatı gedə, başımı qaldırıb hesaba belə baxmaram!”
Şərif Ağayar paylaşımında futbolun onun üçün mənasız olduğunu vurğulayaraq, xüsusilə düşüncə adamlarının futbola böyük maraq göstərməsini anlaya bilmədiyini qeyd edib. O, futbolu “düşük, mənasız və zərərli oyun” adlandırıb.
Yazıçı paylaşımını ironik fikirlərlə davam etdirərək, “Messi ilə Baləlinin mahiyyət qohumluğunu görmək yalnız mənə qismət oldu” ifadəsini işlədib və bu yanaşmasını fəlsəfi-satirik tərzdə təqdim edib.
Qeyd edək ki, dünya çempionatı ilə əlaqədar sosial şəbəkələrdə futbol və azarkeşlik mədəniyyəti ətrafında müxtəlif baxışlar paylaşılır.
Şərif Ağayarın bu fikirləri də istifadəçilər arasında müzakirələrə səbəb olub.
Orxan
Gununsesi.info











