Xalq artisti Flora Kərimova müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Oxu.Az-a sənətkarın köməkçisi Əli Davud məlumat verib.
O qeyd edib ki, Flora Kərimovanın səhhəti hazırda yaxşıdır və bağ evinə dincəlməyə gedib:
“Müalicəsi müsbət nəticə verdiyi üçün həkimlərin qərarı ilə evə buraxılıb”.
Xatırladaq ki, Xalq artisti səhhətində yaranan narahatlıq səbəbindən bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Sənətkarın müalicə prosesi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü.
***
12:20
Səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gündür xəstəxanada müalicə alan Xalq artisti Flora Kərimova bu gün evə buraxılır.
Gununsesi.info xəbər verir ki, bu barədə “qafqazinfo.az”a sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.
O bildirib ki, Flora Kərimovanın müalicə prosesi müsbət nəticə verib və həkimlərin qərarına əsasən, bu gün saat 3-də evə buraxılacaq.
Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimovanın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. Səhhətindəki problemlərlə əlaqədar olaraq sənətkarın iyunun 20-də Yaşıl Teatrda planlaşdırılan çıxışı da sentyabr ayına təxirə salınıb.












