Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa vermək qərarına gəlib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o, yeni Baş nazir seçilənə qədər vəzifəsini icra etmək niyyətindədir.
Bununla yanaşı, o, Britaniya Kralı III Çarlzı Leyboristlər partiyasının rəhbəri postundan getməsi barədə məlumatlandırıb.
Qeyd edək ki, 63 yaşlı Starmer 2024-cü ildən Britaniyanın Baş naziri idi.












