Müğənni Şəhriyar Məhərrəmov cəmiyyətdəki savadsızlıq və məlumatsızlıq probleminə diqqət çəkib.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, xüsusilə TikTok platformasında yayımlanan videolardakı bəzi çıxışlar onu təəccübləndirir:
“İnsanların böyük əksəriyyətinin orta məktəb səviyyəsində belə biliyi yoxdur. Dəhşətli cahillik, savadsızlıq və informasiyasızlıq hökm sürür. Adamlar sanki orta əsrlərdə yaşayırlar”.
Şəhriyar Məhərrəmov qeyd edib ki, müasir dövrdə hər kəsin əlçatan interneti, YouTube, Google, ChatGPT və digər informasiya mənbələri olduğu halda insanların özlərini inkişaf etdirməyə maraq göstərməməsi anlaşılmazdır.
Onun sözlərinə görə, keçmiş dövrlərdə insanların məlumatsız qalması informasiya çatışmazlığı ilə izah oluna bilərdi. Lakin bu gün hər kəs istənilən mövzu üzrə araşdırma aparmaq və yeni biliklər əldə etmək imkanına malikdir.
Müğənni paylaşımının sonunda belə bir sual ünvanlayıb:
“İnsan doğrudanmı heç maraqlanmır ki, yaşadığı planet nədir, niyə fırlanır, gecə-gündüz necə yaranır, yağış niyə yağır, külək niyə əsir? Bu qədər cahil yaşamaq mümkündür?”
Elmar
Gununsesi.info












