ABŞ Federal Rabitə Komissiyası (FCC) xarici dronların idxalına əvvəllər tətbiq edilən məhdudiyyətlərdən azad olan dronların siyahısını genişləndirib.
Gununsesi.info-nun xəbərinə görə, tənzimləyici orqan Çin istehsalı olan bəzi modellərin idxalına icazə verib və onların milli təhlükəsizliyə heç bir təhdid yaratmadığını etiraf edib.
Qərar yalnız oyuncaq dron kateqoriyasına aiddir. Yeni tələblərə əsasən, dron 150 qramdan çox çəkiyə malik olmamalı, 100 metrə qədər məsafədə görünmə xətti daxilində uçmalı, kamera, müşahidə sensorları, şəbəkə funksiyaları və ya internet bağlantısı olmamalı və uçuş müddəti 10 dəqiqədən çox olmamalıdır.
Maqsud












