Bakıda 32 yaşlı kişi müəmmalı şəraitdə ölüb.
Gununsesi.info xəbər verir ki, hadisə bu gün saat 03 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib.
1994-cü il təvəllüdlü R.Rzayevin meyiti yaxınları tərəfindən yaşadığı evin həyətində aşkar edilib.
Onun hansı səbəbdən vəfat etməsi rayon prokurorluğu tərəfindən araşdırılır.











