Azərbaycanın bir neçə rayonunda qeydə alınan qeyri-sabit hava şəraiti iyulun 9-u günorta saatlarınadək davam edəcək.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, ərazilərdə fasilələrlə leysan xarakterli yağış yağacaq və şimşək çaxacaq.
Proqnozlara əsasən, bəzi bölgələrdə dolu düşməsi, yağıntıların intensivləşməsi, şimal və qərb rayonlarında isə küləyin güclənməsi gözlənilir.
Hava şəraiti ilə əlaqədar çaylarda sululuq səviyyəsi yüksələcək, həmçinin bəzi dağ çaylarından qısamüddətli sel keçəcək.
Beləliklə, ölkə ərazisində iyulun 9-u gündüz saatlarınadək qeyri-sabit və yağıntılı hava şəraiti hökm sürəcək.












