Zelenski ABŞ-yə səfərə hazırlaşır

  • Müəllif: Firuzə
  • 22 İyul 2026 21:35

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə rəsmi səfər etməyə hazırlaşır.

Gununsesi.info xəbər verir ki, bu haqda Ali Radanın üzvü Yaroslav Jeleznyak mənbələrə istinadən teleqramda məlumat verib.

“Bu həftə Prezident və onun komandası ABŞ-yə səfər edəcək. Orada sülhlə bağlı görüş nəzərdə tutulub. Danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp ilə görüş baş tuta bilər”, – deyə deputat yazıb.

Gununsesi.info