Nəcibə Nəsibovanın rektor təyinatına etiraz: Etibar Əliyevdən ittihamlar

  • Müəllif: Firuzə
  • 02 Avqust 2026 11:27

Xəbər verdiyimiz kimi, Azərbaycanın Türkiyədəki keçmiş təhsil müşaviri Nəcibə Nəsibova Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru təyin olunub.

Gununsesi.info xəbər verir ki, bu qərar təhsil sferasında birmənalı qarşılanmayıb.

Belə ki, məsələ ilə bağlı sabiq deputat, təhsil ekperti fikirlərini bölüşüb.

O bildirib ki, Nəcibə Nəsibovanın Türkiyə- Azərbaycan Universitetinə rektor təyin olunması bu universitet ideyasının beşikdəcə boğulmasıdır.

“Bu qadını Təhsil Nazirliyində işləyəndən tanıyıram. Ağır narsisizm xəstəliyənə yoluxmuş, alverçi, ali təhsilin əllifbasını belə bilməyən bir insandır. Nə qəhət olmuşdu, bu savadsız qarını hardan tapdınız?”,-deyə o qeyd edib.

Etibar Əliyev həmçinin bildirib:

“Emin Amrullayev əvvəlcədən bu layihənin həyata keçirilməsinə maneçilik törədirdi. Universitetin məhvi üçün də Nəcibə Nəsibovanı ora rektor təyin etdi…”.

Qeyd edək ki, Nəcibə Nəsibova uzun illər Azərbaycanın Türkiyədəki Təhsil Müşavirliyi vəzifəsində çalışıb.

Elmar
Gununsesi.info