Kolumbiyada dağıdıcı zəlzələ

Kolumbiyada 7,4 maqnitudalı zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (ESMC) məlumat yayıb.

Zəlzələnin ocağı 99 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Ansermanuevodan 20 km qərb-şimal-qərbdə baş verib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

 

Gununsesi.info