Neftimiz yenə bahalaşdı

  • Müəllif: Orxan
  • 10 Avqust 2026 14:17

Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb.

Gununsesi.info xəbər verir ki, “Azeri Light” (CIF) markalı neftimizin 1 barelə olan qiyməti 0,56 dollar və ya 0,6% artaraq 93,93 ABŞ dolları olub.

Qeyd edək ki, neftinin əvvəlki qiyməti 93,37 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Gununsesi.info