“Cənnət Park”ın rəhbərinə cinayət işi açıldı

“Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevə cinayət işi açılıb.

Gununsesi.info  xitab24.az-a istinadla xəbə verir ki, MTK rəhbəri dələduzluqda ittiham olunur.

Şikayətlər əsasında Q.Fətullayelə bağlı cinayət araşdırması hələ ötən ildən başlanıb. Lakin sonran onunla bağlı başladılan cinayət işinə xitam verilib. Şikayətçilər isə bu qərarla barışmayaraq, onun ləğvinə məhkəmə qaydasında nail olublar.

Nəticədə Binəqədi Rayon Məhkəməsi şikayətçilərin iddiasını təmin edib və işin yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsinə dair qərar çıxarıb.

Q.Fətullayev şikayətçilərdən birinin mənzildən imtian etməsi haqqında ərizəsinə çəkilən imzanın saxtalaşdırılması kimi əməllərdə ittiham olunur.

 

Gununsesi.info