Ukrayna Silahlı Qüvvələri Rusiyanın Samara vilayətində “Roskosmos”un tərkibində fəaliyyət göstərən mərkəzə zərbə endirib.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında açıqlayıb.
O, yazıb ki, Ukraynanın uzaqmənzilli zərbələri nəticəsində Rusiyanın “Roskosmos” dövlət korporasiyasının əsas müəssisələrindən biri olan “Progress” Mərkəzi vurulub.
Onun sözlərinə görə, müəssisə, xüsusilə elektronika istehsalı ilə məşğul olub.










