Masazırda spirtli içki üstündə insident - Saxlanılan var - VİDEO

  • Müəllif: Firuzə
  • 16 Avqust 2026 23:41

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən şərab evlərindən birində spirtli içki aldıqdan sonra pulunu ödəməkdən imtina edən şəxslə obyektin əməkdaşları arasında mübahisə yaranıb.

Gununsesi.info  xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Cəsarət Qənbərli “Qafqazinfo”ya bildirib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 26 yaşlı E.Rzayev saxlanılıb.

Hazırda faktla bağlı Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Gununsesi.info