İsveçdə məktəbdə insanlara qılıncla hücum edildi

  • Müəllif: Firuzə
  • 21 Avqust 2026 20:59

İsveçdə insanlara qılıncla hücum edilib.

Gununsesi.info xəbər verir ki, hadisə ölkənin mərkəzində – Fagersta bölgəsində yerləşən məktəbdə baş verib.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Xəsarət alanların sayı dəqiq açıqlanmayıb.

Hücumu törədən şəxs polis tərəfindən saxlanılıb.

Polis ətraf ərazilərdə yerləşən digər 8 məktəbi də nəzarətə götürüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info